Accessibility links

BMT Baş Assambleyasında xüsusi iclas keçirilir


BMT Baş Assambleyası bu gün xüsusi sessiyasını keçirir. Burada xarici işlər nazirləri dünyaya müraciət edəcəklər. Onların sırasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da olacaq. Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Suriya və Şimali Koreyanın xarici işlər nazirləri da bu gün Nyu-Yorkda çıxış edəcəklər. Həftə boyu dünya liderləri beynəlxalq terrorizm, maliyyə böhranı, atran yanacaq qiymətləri və iqlim dəyişikliyinə qlobal cavab verilməsinə çağırıb. Dünən Böyük Britaniya baş naziri Qordon Braun BMT-nin Baş Assambleyasında çıxışı zamanı baş verən iqtisadi böhranı aradan qaldırmaq üçün dünya ölkələrini birgə işləməyə səsləyib.

XS
SM
MD
LG