Accessibility links

Hindistanda partlayış olub


Hindistan paytaxt Yeni Dehlidə gül bazarında baş verən partlayış zamanı 1 oğlan həlak olub, 17 nəfər isə yaralanıb. Yeni Dehli polis komissarı Dalval deyib ki, şahidlər 2 nəfərin motosikletlə keçərək Mehrauli bazarının qarşısına plastik çanta atdığını görüb. Bu bazar Hindistan paytaxtının ən basırıq yerlərindən hesab edilir. Rəsmilərin sözlərinə görə, oğlan paketi götürüb və bu zaman bomba partlayıb. Hüquq mühafizə orqanları bombanın əldə hazırlandığını və az gərginliyə malik olduğunu bildirib. Polis dərhal ərazini mühafizəyə alıb. Bugünkü partlayış Yeni Dehlidə 22 nəfərin ölümünə səbəb olan hücumdan 2 həftə sonraya təsadüf edir. Partlayışın məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

XS
SM
MD
LG