Accessibility links

ABŞ qanunvericiləri hökumətin maliyyə planına dair razılıq əldə edib


ABŞ qanunvericiləri böhrana düşmüş maliyyə qurumlarını xilas etmək üçün plan üzrə ilkin razılığa gəliblər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelozi inkifaşafa nail olunduğunu deyib, lakin bildirib ki, qərar sənəd kimi rəsmən qəbul edilməyənə qədər iş hələ bitməyib.

Nümayəndələr Palatasında qərarla bağlı səsvermə bazar ertəsi günü keçirilməlidir. Planda hökumətin yardım etdiyi şirkətlərin icraedici direktorlarına ayrılacaq paketə məhdudiyyətlərin qoyulacağı gözlənilir. Ağ Evin mətbuat katibi Toni Fratto deyib ki, prezident Buş planla bağlı inkişafın əldə edilməsindən razılığını ifadə edib və ABŞ-ın maliyyə bazarlarının sabiltiyini təmin etmək, habelə Amerika iqtisadiyyatını qorumaq işində hər iki partiyanın nümayəndələrinin göstərdiyi səyləri yüksək qiymətləndirib.

XS
SM
MD
LG