Əfqanıstan
rəsmiləri deyir ki, siyasətçiyə qarşı hücum onun 4 cangüdəninin ölməsinə səbəb
olub. Rəsmilərin sözlərinə görə, dünən axşam silahlılar Qəndahar vilayətində
Məhəmməd Həşimi öldürməyə çalışıblar. Həşim qonşu Zabul Vilayət şurasının
sədridir. Hücum zamanı o, yaralanmayıb. Digər bir zorakılıq faktında Qəzni
vilayətinin rəsmiləri deyir ki, beynəlxalq qüvvələrin hava hücumları
nəticəsində Taliban yaraqlıları və ən azı başqa 3 nəfər həlak olub. Dünən habelə
NATO qüvvələrinin bir əsgəri ölüb. Əsgərin kimliyi barədə ətraflı məlumat
verilməyib.