Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir


Ramazan ayının başa çatmasını dünya müsəlmanları bu gün bayram edirlər. Müsəlmanlar bayramı xüsusi sübh namazı ilə başlayırlar. Müsəlman ölkələrində məscidlərdə izdihamlar səhər tezdən ibadətə toplaşır. Üç günlük bayramın başlanğıcı ayparanın görünməsindən asılıdır. Səudiyyə Ərəbistanı, Türkiyə, Əfqanıstan, və Çin də daxil olmaqla, bir çox ölkələrdə Ramazan bayramı bu gün başlayır. İran, Əlcəzair və İndoneziyada isə nahar məclisləri sabah olacaq. İraqdakı sünnilər bayramı bu gün, şiələr isə sabah qeyd edəcəklər. Rəsmi Bağdad təriqətlərarası zorakılıqları azaltmaq məqsədilə hər iki günü bayram elan edib.

XS
SM
MD
LG