Accessibility links

Rusiya Avropa Birliyi qüvvələrinin bufer zonasına buraxılmayacağını deyib


Rusiya hərbçiləri bildiriblər ki, Avropa Birliyinin Gürcüstanda fəaliyyətə sabah başlayacaq sülhməramlı qüvvələri Cənubi Osetiyanın bufer zonasına buraxılmayacaq. Rusiya hərbi sözçüsü Vitaliy Muçko deyib ki, monitorlar ancaq Rusiaynın nəzarətində olmayan ərazilərdə keşik çəkə bilərlər. Bundan əvvəl Rusiya demişdi ki, sülhməramlı qüvvələri Cənubi Osetiya və Abxaziyanın içərisinə buraxılmayacaq. Avropalılar bütün Gürcüstan ərazisinə, o cümlədən separatçı respublikalara çıxış tələb edirlər. Rus qüvvələri Avropa Bilrliyinin vasitəciliyi ilə əldə olunmuş atəşkəs sazişinə əsasən oktyabrın 10-dək bufer zonasını tərk etməlidirlər.

XS
SM
MD
LG