Accessibility links

Senat maliyyə sisteminin xilası üçün nəzərdə tutulmuş paketin yeni variantını səsə qoyacaq


ABŞ Senatı bu axşam maliyyə sisteminin xilası üçün nəzərdə tutulmuş 700 mlyard dollarlıq paketin yeni variantı üzərində səs verəcək. Nümayəndələr Palatası bazar ertəsi ölçünün erkən variantını rədd etmişdi. Yeni planda bank depozitlərinə hökumət sığortasının artırıldığı, eyni zamanda fərdlərə və bizneslərə vergi endirimlərinin təqdim olunduğu deyilir. Senatın Demokrat və Respublikaçı liderləri yeni planın hər iki partiyanın üzvlərindən dəstək alacağını deyir. Bu arada ABŞ istehsal sektorunun sentyabrda kiçildiyi xəbər verilir. Özəl araşdırma qrupu tapıntının yüzlərlə istehsal şirkəti üzərində apardığı araşdırma nəticəsində müəyyən olunduğunu bildirir. Fabrik fəaliyyətinin indeksi 6% azalaraq, 43 bala çatıb. Başqa hesabatlar da ABŞ iş bazarının tənəzzülə uğradığını göstərir.

XS
SM
MD
LG