Accessibility links

Medvedev Merkellə görüşüb


Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev son zamanlar Gürcüstandakı böhran və digər məsələlər barədə müzakirələr aparmaq məqsədi ilə bu gün Sankt Peterburq şəhərində görüşüblər. Bügünkü görüş Avropa İttifaqının Gürcüstana mülki monitorlarını yerləşdirməyə başlamasından bir gün sonraya təsadüf edir. Qeyd edək ki, Gürcüstanda baş verənlər Rusiya ilə Almaniya arasındakı münasibətlərə də öz təsirini göstərib. Almaniya kansleri Angela Merkel Rusiyanı avqust ayında Gürcüstan ərazilərinə müdaxiləsindən sonra kəskin tənqid etməsinə baxmayaraq, o, Moskva ilə danışıqların davam etdirilməsinə çalışmışdı.

Dünəndən bəri Avropa Birliyi 200 nəfərdən ibarət sülhməramlı qrupunu Cənubi Osetiya ətrafındakı bufer zonasına yerləşdirməyə başlayıb. Rusiya isə öz hərbi qüvvələrini Cənubi Osetiyadan və Abxaziyadan oktyabr ayının 10-dək çıxarmağa razılıq verib.

XS
SM
MD
LG