Accessibility links

Xilas paketi Senatdan keçdi


ABŞ prezidenti Corc Buş Nümayəndələr Palatasının qanunvericilərini Senatın ardınca hökumətin maliyyə sisteminin xilası üçün əsaslı yardım paketi ilə bağlı qərarını təsdiq etməyə tələsdirir. 700 milyard dollarlıq plan çərşənbə günü 25 əleyninə olmaqla, 74 səslə Senatdan keçib. Sənədi dəstəkləyənlər arasında prezidentliyə namizədlər democrat Barak Obama və Respublikaçı Con Makkeyn də var. Hər iki namizəd paketə səs vermək üçün kompaniyalarını yarımçıq qoyaraq Vaşinqtona qayıdıblar.
Maliyyə yardımı paketində Amerika xəzinəsindən ayrılacaq pullarla kredit böranına son qoymaq və maliyyə qurumlarının işini böhrana salan zədələnmiş ipotekanı sistemdən çixarmaq nəzərdə tutulur. Paketin icra edilməsi üçün o, Nümayəndələr Palatasında da qəbul olunmalıdır.
XS
SM
MD
LG