Accessibility links

ABŞ vitse prezidentliyinə namizədlər debatlarda qarşılaşdılar


ABŞ vitse prezidentliyinə namizədlər Sara Peylin və Co Bayden dünən axşam keçirilən debatda İraq, iqtisadiyyat və başqa məsələlərdə qarşılaşdılar. Respuiblikaçı Peylin bildirdi ki, senator Barak Obamanın ABŞ qoşunlarını İraqdan çıxarma planı ağ təslim bayrağını qaldırmağa bərabərdir. Demokrat namizəd Co Bayden isə Con Makkeynin müharibə məsələsində tamamilə yanlış olduğunu bildirdi və əlavə etdi ki, Obama əsgərləri vətənə qaytaracaq.

Hazırkı iqtisadi böhran Mizuri ştatının Sent Luis şəhərində keçlirilən 90 dəqiqəlik debatın birinci hissəsində başlıca müzakirə mövzusu oldu. Peylin söylədi ki, sabiq mer və Alaska qubernatoru kimi onun islahat və vergiləri kəsmək sahəsində geniş təcrübəsi var. Bayden isə Makkeynin iqtisadiyyatdan xəbərsiz olduğunu və orta sinif amerikalıların güzəranına laqeyd yanaşdığını bəyan etdi.

XS
SM
MD
LG