Accessibility links

K.Hill Pxenyandan qayıdıb


ABŞ nüvə müzakirəçisi Kristofer Hill Pxenyana səfəri zamanı Şimali Koreya ilə “real” danışıqlar apardığını bildirib. Bu danışıqlar ölkənin nüvə proqramının ləğvi ilə bağlı çıxılmaz vəziyyətin aradan qaldırılması məqsədi daşıyır. O, Pxenyanda şimali koreyalı həmkarı Kim Kye Kvanla 3 günlük görüşlərdən sonra bu gün Seulda jurnalistlərə açıqlama verib. Ancaq cənab Hill çıxılmaz vəziyyətin aradan qaldırılması istiqamətində real inkişaf əldə olunması barədə heç nə deməyib. Hillin cənubi koreyalı və yaponiyalı həmkarları ilə görüşləri gözlənilir. ABŞ nümayəndəsi Pxenyana çərşənbə günü danışıqlar aparmaq üçün getmişdi. Ertəsi gün onun Seula qayıtması planlaşdırılsa da, cənab Hill səfəri uzatmalı olmuşdu.

XS
SM
MD
LG