Accessibility links

Cənubi Osetiyada bomba hücumu həyata keçirilib


Gürcüstanın separatçı Cənub Osetiya regionunda Rusiya hərbi qüvvələrinin baş qərargahı yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı 7 nəfərin ölümünə, azı 4-nün yaralanmsına səbəb olub. Rəsmilər ölənlərin Rusiya hərbçiləri və mülki vətəndaşlar olduğunu deyirlər. Separatçı hökümətin bəyanatında deyilir ki, partlayan maşın gürcülərin yaşadığı kənddən müsadirə edilmişdi. Partlayışın yaxınlıqdakı binaları sıradan çıxardığı bildirilir.

XS
SM
MD
LG