Qırğızıstan rəsmiləri ölkənin aparıcı müxalifət partiyası olan Sosial Demokrat Partiyasının üzvü Ruslan Şabatoyevin itdiyini bildirirlər. Qırğızıstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Şabatoyevin sentyabr ayının 30-da görüşə getdiyini dedikdən sonra yoxa çıxıb. Müxalifət liderləri bu məsələdə ölkədə nəzarəti tam əlində saxlayan Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi təqsirləndirirlər. Xatırladaq ki, Bakiyev 2005-ci ildə, prezident Əskər Akayev vəzifəsindən kənarlaşdırıldıqdan sonra Qırğızıstana prezident seçildi.