Accessibility links

Türkiyə hərbi qüvvələri ölkənin cənub-şərqində on beş əsgərin həlak olduğunu bildirib


Kürd yaraqlıların həyata keçirdiyi qanlı hücum zamanı 15 türk əsgəri həlak olub. Ordu bildirir ki, hücum İraqın sərhəd bölgəsində Şemdinli şəhəri yaxınlığındakı hərbi hissədə həyata keçirilib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, döyüş saatlarla davam edib və yaraqlılar ağır silahlardan istifadə edib. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının ən azı 23 yaraqlı üzvü həlak olub.

On beş əsgərin həlak olması və iyirmi əsgərin yaralanmasından təəssüf hissi keçirdiyini bildirən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan yaraqlılara lazımı cavabın veriləcəyini dilə gətirib.
O, habelə hadisə ilə bağlı olaraq Türkmənistana rəsmi səfərindən erkən qayıdacağını deyib.

Avropa Birliyi də hücumu qınayıb.

XS
SM
MD
LG