Accessibility links

Prezident Buş maliyyə planını düzgün addım adlandırıb


ABŞ prezidenti Corc Buş amerikalıların çoxunun ölkənin iqtisadi durumu və öz maliyyə vəziyyətilə bağlı narahatlıqlarını bildirdiyi vaxt maliyyə böhranının yüngülləşəcəyini deyib.

Prezident Buş özünün həftəlik radio müraciətində amerikalıları maliyyə sektorunu xilas etməyi nəzərdə tutan 700 milyard dollarlıq planın düzgün addım olduğuna əmin etməyə çalışıb.

Cənab Buş planı dünən imzalayaraq, onun qüvvəyə minməsinə yol açıb. Lakin bu gün o xəbərdarlıq edib ki, plandakı tədbirlərin hamısının dərhal təsir göstərəcəyini gözləmək olmaz.

Yardım planında hökumətin böhran keçirən maliyyə qurumlarının investisiyalarını almasına imkan yaradılır. Bu addım kredit bazarı və investorlarda inamı bərpa etmək və iqtisadi inkişafa yenidən təkan vermək məqsədilə atılır.

Maliyyə naziri Henri Polson deyib ki, proqramın həyata keçirilməsinə nəzarət etmək üçün dərhal ekspertləri işə cəlb edəcək. Uol Strit şirkətlərinin yenidən gəlir əldə etməsi belə görünür, bir ay ərzində başlaya bilər.


Qanun layihəsinin birinci variantı onun dəyəri və səhv investisiya qoyuluşları edən şirkətlərin vergi ödəyənlərin pulu hesabına xilas edilməsinə etirazlara görə Nümayəndələr Palatasında qəbul edilməmişdi. Lakin Senatda plana bir sıra düzəlişlər edildikdən sonra plan dünən Nümayəndələr Palatasında təsdiq edilmişdir.

ABŞ prezidentinin qanunvericilərdən planın təsdiqi istiqamətində birgə iş apardıqlarına görə razılığını bildirməsinə baxmayaraq, Demokratlar prezidentin radio müraciətinə cavab müraciətində respublikaçı namizəd Con Makkeynin iqtisadi siyasətini pisləyiblər.

XS
SM
MD
LG