Accessibility links

Sxinvali hücumunda Gürcüstan xüsusi xidmət orqanları ittiham olunur


Rusiya müstəntiqləri deyir ki, Gürcüstanın separatçı regionu olan Cənubi Osetiyada 7 rus sülhməramlının ölməsi ilə nəticələnən bomba hücumunun arxasında Gürcüstan gizli xidmət orqanları durur. Bomba dünən Rusiya sülhməramlı qüvvələrinin regionun paytaxtı Sxinvali yaxınlığındakı qərargahı yanında partlayıb. Ölənlər arasında bir Rusiya zabiti də var. Hadisə zamanı digər 8 nəfər isə yaralanıb. Rusiya xəbər agentliklərinin təhqiqat komitəsinin sözçüsü Vladimir Markinə istinadən bildirdiyinə görə, ilkin yoxlanışlar detektivlərə aydınca göstərir ki, Gürcüstanın xüsusi xidmət orqanlarının Sxinvalidəki “terrorçu” hücumunda əli var. Onun sözlərinə görə, məqsəd Gürcüstandan müstəqilliyini elan etmiş regionlarda stabilliyi pozmaqdır.
XS
SM
MD
LG