Avropa
Birliyinin Gürcüstanda yerləşdirdiyi monitorlar Rusiyanın separatçı Cənubi
Osetiya regionu yaxınlığındakı yoxlanış məntəqəsini tərk etdiyini müşahidə
ediblər. Rusiya bildirib ki, Fransanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya
əsasən oktyabrın 10-na kimi münaqişəli regionların ətrafındakı təhlükəsizlik
zonasından qoşunlarını çıxaracaq. Bu
həftə rus qüvvələri Avropa Birliyi monitorlarına Cənubi Osetiya həndəvərindəki “buffer zona”ya girməyə icazə verib. Bundan əvvəl
isə rəsmilər müşahidəçilərin əraziyə buraxılmayacağını bildirirdi. Avropa
Birliyinin 200-dən çox sülh monitoru çərşənbə günündən bəri missiyalarına
başlayıb.