İsrail
Şimali Koreyanı silahlara nəzarət sazişinə zidd olaraq Yaxın Şərqin 6 ölkəsinə
kütləvi qırğın silahları göndərməkdə ittiham edir. İsrailin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi
Devid Danieli dünən bildirib ki, Pxenyan uzun müddət regionda təhlükəli
silahlar və ballistik mərmi mənbəyi olub.
O, Vyanada çıxışında bildirib ki, silahlar qara bazar və gizli kanallar
vasitəsilə ötürülür. Danieli alıcı
ölkələrin adlarını sadalamayıb. İsrail nümayəndəsi çıxışını nüvə silahlarının
yayılmaması üzrə bir həftəlik konfransda edib.