ABŞ
Dövlət Katibi Kondoliza Rays deyir ki, Buş administrasiyası İranda diplomatik
missiya açmağı hələ də nəzərdən keçirir.
Rays Assoşieyted Pressin administrasiyanın bu məsələni öz xələfinə miras
qoyması haqda yaydığı xəbəri təkzib edib.
O, müxbirlərə deyib ki, Vaşinqton ideyanı nəzərdən keçirməkdə davam
edir. Hindistandan Qazaxıstana uçuşda
dövlət katibi ideyanı maraqlı adlandırıb.
O, əlavə şərh verməyib.
Birləşmiş Ştatlar İranın nüvə proqramından dərin narahatdır. İran BMT-nin uran zəngingləşdirməsinə son
qoymaq haqda tələblərinə məhəl qoymayıb.