Accessibility links

ABŞ İraqda reydlərini davam etdirir


ABŞ reydləri zamanı İraqda 5 yaraqlı, 3 qadın və 3 uşaq həlak olub. Ordu deyir ki, əsgərlər bu gün Mosulda terrorçuların gizləndiyini ehtimal etdikləri evə daxil olaraq atəş açıblar. Sonra isə yaraqlı intiharçı gödəkçəsini işə salıb. Bu gün açıqladığı bəyanatda ordu bildirir ki, reyd zamanı 5 terrorçu öldürülüb. Bir uşaq isə yaralanıb. Reyd zamanı əsgərlər habelə, binadan silah-sursat və partlayıcı maddələr aşkar edib. Bu arada, dünən 2 Amerika vertolyotu İraq paytaxtı Bağdaddakı bazaya enən zaman toqquşub. Qəza zamanı bir İraq əsgəri həlak olub. Yaralananlar arasında isə 2 İraq və 3 ABŞ əsgəri var. Qəzanın hansı səbəbdən baş verdiyi bəlli deyil, ancaq bunun terror aktı olduğu istisna edilir. İraq polisi deyir ki, qəza zamanı İraq qüvvələri ilə silahlılar arasında toqquşma baş verib. ABŞ ordusu bu iddianı təkzib edib.
XS
SM
MD
LG