Rusiya rəsmilərindən birinin dediyinə görə, İrana qarşı
hərbi müdaxilə başlanarsa, bu məqsədlə Gürcüstan ərazisindən istifadə edilə bilər.
Rusiyanın Milli Təhkükəsizlik Şurasının katibi, Nikolay Patruşov “İzvestiya”
qazetinə açıqlamasında bunu bildirib.
Onun dediyinə görə, Gürcüstanın İrana qarşı gözlənilən
müharibəyə dəstək verməsi Rusiyanın milli təhlükəsizliyinə qarşı əlavə təhdiddir. İran Prezidentinə yaxınlığı ilə seçilən “Fars”
Xəbər Agentliyinin Rusiya rəsmisinə istinadən yaydığı məlumata görə, İrana
qarşı bomba və raket hücumlarının həyata keçirilməsi barədə qərar verilərsə,
ABŞ özünün bölgədəki əsas müttəfiqlərinin, o cümlədən Gürcüstanın ərazisindən
istifadə edə bilər. Rusiyanın Milli Təhkükəsizlik Şurasının katibi həm də ABŞ
prezidentinin BMT Baş
Assambleyasındakı çıxışınında, “cəsarət
və fədakarlıqlarına” görə Ukrayna və Gürcüstanı təqdir etməsini xatırlamaqla,
ərazisindən İrana qarşı hərbi hücumlara icazə verəcək ikinci ölkənin Ukrayna
ola biləcəyinə eyham vurub.