Accessibility links

Prezidentliyə namizədlər bir-birini ittiham edir


ABŞ prezidentliyinə Demokrat namizəd Barak Obama Respublikaçıların onun terrorçularla əlaqə saxlamaq ittihamına sərt cavabla çıxış edib. Obama kampaniyası dünən gecə Respublikaçı namizəd Con Makkeynin 1980-ci illərdə baş vermiş maliyyə skandalındakı rolu barədə televiziya reklamı açıqlayıb. Senator Makkeyn o zaman bir qrup qanuniverici ilə birgə əmanət və kredit insititunun rəhbəri olan Çarlz Keatingin adından nizamlayıcılara müraciət etmişdi. Sonradan Keating maliyyə fırıldağı ittihamları ilə həbs olundu. Obamanın son reklamı Respublikaçı vitse prezidentliyə namizəd Sara Peylinin onu terrorçularla əlaqələndirməsinə cavab hesab edilir. Alaska qubernatoru Peylin öz ittihamını Obamanın hazırda kollec professoru olan Vilyam Eyerzlə münasibətlərinə dair qəzetdə dərc olunmuş yazıya əsaslandırıb. 40 il bundan öncə Eyerz Vyetnam müharibəsinin əleyhinə kampaniya aparmaq üçün “Weather Underground” adlı militant qrup təsis etmişdi. Həmin qrup bir neçə federal hökumət binalarının partladılması üçün məsuliyyəti öz üzərinə götürmüşdü.
XS
SM
MD
LG