Accessibility links

Rusiya “Qafqaz Evi” ilə bağlı mövqeyini dəyişir


"Rusiya Türkiyənin Qafqazda sülh təşəbbüslərində konkretlik görmür". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Yerevanda bəyan edib. Cənab Lavrov ilk dəfə olaraq, Türkiyənin Qafqaz evi təklifinə tənqidi münasibət bəsləyib. Halbuki, indiyə qədər Rusiya rəsmiləri bu təklifin təşəbbusə isti yanaşırdılar.
Türkiyə mətbuatının xəbərinə görə, Rusiyanın mövqeyini bu cür dəyişməsi Ankarada təəccüblə qarşılanıb. Öz növbəsində, Moskvada Lavrovun son bəyanatlarının Rusiyanın ümümi məvqeyilə ziddiyyət təşkil etmədiyi fikrindədirlər.
Moskva Dövlət Unversitetinin Qafqaz regionu üzrə tədqiqatçısı professor Aleksey Vlasov deyir ki, Rusiya əvvəldən Qafqaz evi ideyasına real baxmayıb, sadəcə, səslənən bəyanatlar vəziyyəti öyrənməyə xidmət edirdi:
"Məncə bu ideya o vaxt reallaşar ki Cənubi Qafqazda Rusiya-Gürcüstan müharibəsindən əvvəlki sabitlik bərpa olunsun. Bu, yoxdur. Ona görə də ehtimal ki, cənab Lavrov və degər Rusiya rəsmiləri əvvəllər bu ideyadan danışanda taktiki perspektivi nəzərdə tuturdular. Amma üzunmüddətli perspektivdə məncə, gözləmək olmaz ki, Ankaranın təşəbbüsü bütün ölkələri əvvəllər də müzakirə olunmuş Böyük Qafqaz layihəsinə qaytaracaq".
Cənab Vlazov deyir ki, indi Qafqaz evi barədə danışmazdan əvvəl regional təhlükəsizlik məsələlərini həll etmək lazımdır. Belə ki, bölğədəki münaqişələr Qafqaz çətiri altında platforma yaradılmasını mümkünsüz edir. Əskinə, Vlazov deyir ki, bu təşəbbüs heysiyyatları qıcıqlandırır:
"Götürək elə Qarabağ problemini. İndiki şəraitdə nə Azərbaycan, nə də Ermənistan bir çətir altında birləşməkdə maraqlı deyil. Əvvəlcə buna hazırlaşmaq lazımdır. İdeya naminə ideya sürmək olmaz".
Bu arada, Avropa Birliyinin Gürcüstandakı missiyası Rusiya hərbçilərinin münaqişə bölgələrindən geri çəkilməyə başladığı barədə məlumatlar yayıb. Cənab Vlasov deyir ki, indi Rusiyanın qarşısındakı bir nömrəli məsələ Qafqazda özünün də cəlb edilərək pozulmuş sabitliyi bərpa etməkdir. Onun firkincə, bunun özü Qafqaz evinin yaradılması reallaşması üçün bir addım ola bilər.

XS
SM
MD
LG