Accessibility links

Pakistan müxalifətçisinin evinə hücum


Pakistan polisi deyir ki, dünən müxalif qanunvericinin evində baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib. Hücum zamanı 40-dan çox insan yaralanıb. Polis rəsmisi Xadim Hüseynin bildirdiyinə görə, sabiq baş nazir Nəvaz Şərifin partiyasının üzvü Rəşid Əkbər Nəvani dünən Pəncab vilayətinin Bakkar ərazisindəki evində baş verən partlayış nəticəsində yaralanıb. Hüseyn deyib ki, intiharçı özünü onun tərəfdarları arasında partladıb. Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Son həftələr Pakistanda zorakılıq dalğası baş qaldırıb.

XS
SM
MD
LG