Accessibility links

Qlobal maliyyə böhranı ABŞ mətbuatında


Panika dalğası dünən Tokyodan Braziliyayadək dünya boyu investorların külli miqdarda pul itirməsi ilə nəticələndi və beynəlxalq iqtisadi tənəzzülün yaxınlaşması barədə qorxuları artırdı. Avropa və Asiya səhm bazarlarında indekslərin kəskin enişindən sonra ABŞ-da Dow Jones Industrial birjası son 4 ildə ilk dəfə 10 min baldan aşağı düşdü. Qlobal satışın ABŞ Konqresinin 700 milyard dollar həcmində xilas paketini qəbul etməsindən 3 gün sonra baş verməsi investorlar arasında ruh düşkünlüyünü bir qədər də dərinləşdirir. Azalan təlabata uyğun olaraq neft qiymətləri də Fevraldan bəri ilk dəfə olarq 90 dollardan aşağı düşüb.

Washington Postun baş məqaləsində redaktorlar heyəti qarşıdan gələn günlərdə bazardakı təlatümün bir qədər də güclənəcəyini xəbər verirlər. Wall Street-dəki bir günlük çöküş maliyyə paketi üzərində son hökm deyil və çox güman ki, 700 milyard dollarlıq xilas planının işə düşməsi müəyyən vaxt aparacaq, deyə yazıda bildirilir. İmkanları gərilmiş Federal Ehtyatlıar Fondu banklara sələm faizi ödəməyə başlayacaq. Burada məqsəd maliyyə sisteminə əlavə pul axıtmaqdır. Federal rəsmilər həmçinin Dönəmli Hərrac Fondunun miqdarını genişləndirməyə başlayıb. Lakin ölçülərin kəskin və uzun tənəzzülün qarşısını alacağı gözlənilmir.

Washington Post-un yazdığına görə hazırkı tənəzzülü dərinləşdirən amil onun bütün dünyan əhatə etməskdirş Hökumətlərin xilas paketlərinə əl atdığı Avropada da səhm birjaları itkilərlə üzləşməkdədir. Birləmiş Ştatlarda ev bazarından qaynaqlanan böhran İspaniya, İrlandiya və Yunanıstan kimi ölkələrə də sirayət edib. Hərçənd ki, Avropa ölkələrində dövlət iqtisadiyyata daha aqressiv müdaxilə edir, bu arada da ifrat spekulyasiyanın qarşısı vaxtında alınmadığı üçün səhm indeksləri kəskin enir.

Avropa ilə müqayisədə BŞ-ın bir üstünlüyü var. ABŞ-da iri bir bazara bir federal siyasi idarə nəzarət edir. Avropa Birliyində isə belə deyil. Avro-zonada pul təchizatı və sələm faizlərinə mərkəzi bank baxır. Amma fərdi millətlər bank nizamlamalarına nəzarət edir bə maliyyə siyasətini müəyənləşdirir. Post redaktorları indiki zamanda Avropa dövlətlərini millətçiliyə meyl etməməyə, və dünya kapitalizminin üzləşdiyi böhrandan çıxmaq üçün səylərini əlaqələndirməyə səsləyir.

New York Times yazarı Devid Bruks hər bir neçə ildən bir dünyada iri böhranın baş verdiyini qeyd edir. Onun fikrincə hazırkı maliyyə böhranı iqtisadi qüdrətin ötürülməsi ilə bağlıdır. Çinin qalxması, petro-dövlətlərin zənginlikləri və liberal maliyyə siyasətləri külli miqdarda əmanət yaranmasına səbəb oldu ki, bunların axmağa yeri yox idi. Nəticədə bütün bu pullar birjalarda çalışan bir neçə min brokerə həvalə olundu. Bruksun yazdığına görə dünya iqtisadiyyatından, real həyatdan təcrid olunmuş brokerlərin gözündə pullar yalnız kompüter ekranlarında görünürdü. Və məhz bu ilğım onları iri və dağıdıcı risklərə sövq etdi. Əziyyət çəkənlər isə başlıca olaraq dünya iqtisadiyyatının aşağı təbəqələrində yer tutan insanlar olacaq.

XS
SM
MD
LG