Accessibility links

İran məhkəməsi üç  azərbaycanlı haqqında qərarını dəyişdi


"Azad Təbriz" xəbər saytının məlumatına görə, Urmiya şəhər həbsxanasında saxlanılan 3 azərbaycanlı məhbusun şərti olaraq azadlığa buraxılması barədə qərar çıxarılıb. Azad ediləcək şəxslərin Vahid Bahaduri, Arif Ulufi və Huşəng Nəqizadə olduğu bildirilir.
"Salam-Demokrat" və "oyrenci" veb saytları isə xatirladır ki, bu məhbuslar 2006-cı ilin mayında Azərbaycan şəhərlərində keçirilən kütləvi etirazlar zamanı həbs edilmiş fəallardandır. Onlar, vəkilsiz keçirilən qapalı məhkəmələrdə "İranın milli təhlükəsizliyini pozamaq cəhdində" təqsirli bilinərək, 7- 13 ayadək azadlıqdan məhrum edilmə cəzalarına məhkum edilmişdilər.

XS
SM
MD
LG