Türkiyə parlamenti
bu gün İraqın şimalında kürd yaraqlılarına qarşı hərbi əməliyyatların
müddətinin uzadılmasına dair səsvermə keçirib. Türk qanunvericilər 511: 18
nisbətində sərhəd boyu hərbi missiyanı daha bir il uzalmasına razılıq
verib. Səsvermə PKK kimi tanınan
Kürdüstan Fəhlə Partiyasının İraq sərhəddi yaxınlığında 17 türk əsgərini
öldürməsindən qısa bir müddət sonra keçirilib. Hadisədən sonra Türkiyə ordusu
əks hücuma keçib. Məlumata görə, yaraqlıların sığınacaqlarını hədəf alan
reydlər zamanı 20-dən çox döyüşçü öldürülüb. Türk ordusunun rəsmiləri kürd
liderlərini yaraqlıların əməliyyatlarına göz yumaraq, türk qüvvələrilə
əməkdaşlıq etməməkdə günahlandırır. İraqın regional kürd hökuməti PKK –nı
dəstəkləmədiyini bildirir.