Accessibility links

Baqubada intiharçı hücumu olub


İraq polisinin bildirdiyinə görə, Bağdadın şimalında Baquba şəhərində qadın intiharçının hücumu nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə yaralanıb. Rəsmilərin sözlərinə görə, hücum bu gün zorakılıqların daha çox qeydə alındığı Diyala vilayətinin paytaxtında məhkəmə binası önündə baş verib. Ölənlər arasında 2-si zabit olmaqla 5 Iraq əsgəri də var. Günün əvvəlində isə İraq xarici işlər naziri deyib ki, ABŞ və İraq Amerika əsgərlərinin 2008-ci ildən sonra da ölkədə qalması barədə razılaşmanın əldə olunmasına yaxındır. Hoşyar Zebari dünən ABŞ Dövlət katibinin müavini Con Neqroponte ilə birgə Bağdadın “Yaşıl zona” ərazisində mətbuat konfransında müzakirələrin hazırkı vəziyyəti barədə danışıb.

XS
SM
MD
LG