Accessibility links

ABŞ prezidentliyinə namizədlər arasında ikinci debat keçirildi


ABŞ prezidentliyinə namizədlər - Respublikaçı Con Makkeyn və Demokrat Barak Obama arasında ikinci debat iqtisadi böhran, iqlim dəyişikliyi və xarici siyasətə həsr edilmişdi. Tennisi Ştataının Nəşvil şəhərində təşkil edilən debat zamanı Makkeyn iqtisadi böhrana görə Vaşinqton və Volt Stritdə hökm sürən “xəsisliyi” günahlandırıb. Respublikaçı senator böhranı həll edəcəyi və federal hökumətə amerikalıların evlərini itirməmələri üçün pis kreditlərin yenidən nəzərdən keçirilməsinə göstəriş verəcəyini bildirib. Senator Obama isə siyasi problemləri Con Makkeynin dəstəklədiyi ABŞ prezidenti Corc Buşun iqtisadi siyasətinin son hökmü adlandırıb. Namizədlər debat zamanı İraqla bağlı planlarında da danışıb, biri-birini İraqla bağlı mövqelərinə görə tənqid edib. Obama bildirib ki, ABŞ qüvvələrinin İraqdan çıxarılması və Əfqanıstana daha artıq qüvvə yerləşdirilməlidir. Con Makkeyn Obamanın qüvvələrin İraqdan çıxaırlmasına vaxt təyin edilməsi planının ABŞ qüvvələrinin məğlubiyyətinə yol açacağını bildirib. Obaman isə Makkeyini İraq müharibəsinə dəstək verdiyinə görə tənqid edərək, onun təhlükəsizlik vəziyyəti dəyişənədək qüvvələrin İraqda saxlanılmasının yanlış fikir oldğununu bildirib.
Nüvə təhlükəsinə gəldikəd isə namizədlərin hər ikisi də nüvə proqramlarının Amerika Birləşmiş Ştatları və ölkənin gələcək prezidenti qarşıısna çətinliklər qoyduğunda razılaşıblar. Respublikaçı senator Con Makkeyn İranı nüvə silahları proqramından çəkindirmək üçün əhatəli səylərə başçılıq edə biləcəyini deyib.
Demokrat namizəd Barak Obama da beynəlxalq sansksiyaları dəstəklədiyini desə də, prezident Buş və senator Makkeyndən fərqli olaraq, İran və Cənubi Koreya liderləri ilə müzakirələri istisna etmədiyini bir daha təkrar edib.
Təxminən bir aydan sonra keçiriləcək üçüncü və sonuncu debatlar təhlükəsizlik və xarici siyasət məsələrini əhatə edəcək.

XS
SM
MD
LG