Accessibility links

Sənayesi inkişaf etmiş dövlətlərin maliyyə nazirləri görüş keçirir


Dünyanın sənayesi inkişaf etmiş zəngin dövlətlərinin maliyyə nazirləri birjalarda aksiyaların düşməsi nəticəsində yaranmış panikanın dayandırmaq üçün bu gün görüş keçirirlər. Yeddilər qrupunun Vaşinqtondakı görüşü Beynəlxalq Valyuta Fondunun iclasından və prezident Buşla sabah görüşdən öncə keçirilir. Prezident Buşun maliyyə böhranı ilə əlaqədar açıqlamalar verəcəyi gözlənilir. İnvestorları sakitləşdirmək üçün bir sıra addımların atılmasına baxmayaraq, qlobal yavaşıma Avropa və Asiya bazarlarında aksyaların kəskin düşməsinə səbəb olub.

XS
SM
MD
LG