Accessibility links

Con Makkeyn tərəfdarlarını rəqibi Barak Obamaya ehtiram göstərməyə çağırıb


ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn tərəfdarlarını rəqibi Barak Obamaya ehtiram göstərməyə çağırıb. Minnesota ştatında kampaniya aparan senator Makkeyn deyib ki, Obama ləyaqətli şəxsiyyyətdir. Makkeyn kampaniyası son zamanlar Obamanın şəxsiyyəti və prezidentliyə layiq olub-olmaması barədə suallar qaldırmaqla yanaşı, bəzən Obamanın ünvanına qəzəbli sözlər də deyilir. Senator Obama isə Makkeyni siyasi qəzəbi və ölkədə birliyə ehtiyac olduğu halda parçalanma yaratdığına görə tənqid edib. Obama Ohayo ştatında tərəfdarlarına deyib ki, ölkənin onu iqtisadi böhrandan çıxara biləcək bir liderə ehtiyacı var.
Bu arada Alyaskanın Qanunverici Orqanı vitse-prezidentliyə respublikaçı namizəd Sara Peylini vəzifəsindən sui-istifadə etməkdə günahlandırıb. Alyaska qubernatoru Peylin bir vaxtlar bacısı ilə evli olan hərbicinin işdən kənar edilməsi üçün rəsmilərə təzyiq göstərməkdə ittiham edilir.

XS
SM
MD
LG