Accessibility links

Pakistanda 30 nəfərin dəfn mərasimi keçirilib


Pakistanın şimal-qərbində Əfqanıstanla sərhəddə intiharçı hücumu nəticəsində Taliban əleyhinə olan qəbilənin qətlə yetirilən 30-dan çox üzvünün dəfn mərasimi keçirilib. Hüquq-mühafizə orqanları bildirir ki, dünən intiharçı içərisi bomba ilə dolu avtomobili İrakzay mahalının qəbilə şura iclası zamanı partladıb. Taliban tərəfdarı yaraqlılara qarşı mübarizə aparmaq üçün yeni hərbi birləşmə yaratmaq məqsədilə 500-dən çox qəbilə üzvü bir yerə toplaşmışdı. Hücum zamanı 100 nəfərin də yaralandığı ehtimal edilir. Rəsmilər deyir ki, bomba hücumu baş verən zaman şura regionda yaraqlı qərargahlarını dağıtmaq barədə qərar verib.
XS
SM
MD
LG