Accessibility links

İranda bazar tətilə başlayıb


Tehran hökümətinin “əlavə dəyər vergisinin tətbiq edilməsi” haqda yeni qanunun icrasına başlamasına etiraz əlaməti olaraq İran bazarları tətilə başlayıb. “İlna”, “Fars” Xəbər Agnetlikləri və “Azad Təbriz” xəbər səhifəsi və başqa mənbələrin məlumatına görə, Mahmud Əhmədinəjad hökümətinin bu siyasəstinə Təbriz, Tehran, İsfahan, Şiraz, Məşhəd kimi böyük şəhərlərin bazarları alış-verişi dayandırmaqla cavab veriblər. Tətilə rəhbərlik edənlərin isə xalçaçılar olduğu bildirilir. İran iqtisadiyatında çox böyük əhəmiyyətə sahib olan Təbrizin Xalça bazarı dünəndən etibarən öz fəaliyyətini dayandırıb. Bu gün İran Prezidenti Əhmədinəjad iş adamlarının etirazlarını nəzərə alaraq ölkənin İqtisadiyyat Nazirliyinə məktub göndərmiş və “Əlavə dəyər vergisinin tətbiqi” qanununun icrasının dondurulmasını əmr etmişdir. Bunu yetərli saymayan iş adamları tətilləri davam etdirərək, ümumiyyətlə qanunun ləğvini tələb edirlər.
XS
SM
MD
LG