Accessibility links

Dünya liderləri qlobal maliyyə böhranından çıxış yollarını müzakirə edir


Bu gün Avropa liderləri, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu qlobal maliyyə böhranını həll etmək üçün səylərin əlaqələndirilməsi məsələsini müzakirə etmək üçün ayrı-ayır görüşlər keçirir.

Fransa prezidenti Nikola Sarkozi Avropa Birliyinin on dörd liderinin qatıldığı görüşə ev sahibliyi edir. Cənab Sarkozi görüşdən öncə “əhatəli və koordinasiya edilmiş planın” müzakirə ediləcəyini bildirib. Britaniyanın baş naziri Qordon Barun deyib ki, onun əsas məqsədi Avropa ölkələrini bankların qismən milliləşdirilməsi də daxil olmaqla, Britaniyada qəbul edilmiş plana uyğun paket hazırlamağa razı salmaqdır.

Vaşintonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun iclasları keçirilir. Dünən ABŞ prezidenti Corc Buş yeddilər qrupunun maliyyə nazirlərilə Ağ Evdə görüşüb.

XS
SM
MD
LG