Accessibility links

Litvada parlament seçkiləri keçirilir


Litvada bu gün parlament seçkiləri keçirilir. Seçkilərin əsas mövzusunu iqtisadiyyat təşkil edir. Litvalılar qlobal maliyyə böhranının Baltik ölkəsinin sürətlə inkişaf edən iqtisadiyyatına zərbə endirəcəyindən narahatdır. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra müstəqilliyini elan etmiş Litva 2004-cü ildə Avropa Birliyinə üzv qəbul edilib.

Keçmiş baş nazir Andrius Kubiliusun rəhbərlik etdiyi mühafizəkar Xristian Demokratik partiyasının irəlidə olduğu deyilir. Lakin 2004-cü ildə koppurisya qalmaqalı ilə əlaqədar vəzifədən getməyə məcbur edilmiş keçmiş prezident Rolandas Paksasın Qanun və Nizam partiyası Xristian Demokratik partiyasından yalnız kiçik fəqrlə geridədir. Keçmiş iqtisadiyyat naziri Viktor Uspaskiçin Əmək partiyası da rəy sorğularına görə populyardır.

XS
SM
MD
LG