Accessibility links

Corc Buş Ağ Evdə İtaliyanın baş naziri Silvio Berluskonini qəbul edib


Bu gün ABŞ prezidenti Corc Buş Ağ Evdə İtaliyanın baş naziri Silvio Berluskonini qəbul edib. Avropada Amerikanın ən yaxın müttəfiqi olan Beluskoni ilə prezident Buş qlobal iqtisadi böhran və digər məsələləri müzakirə edir. Corc Buş baş nazirə dostluq münasibətlərinə görə təşəkkürünü bildirib. Prezident İtaliyanın Əfqanıstan, İraq, Kosovo və Livandakı demokratiyalara dəstək verməsini yüksək qiymətləndirib. İtaliyanın baş naziri Silvio Berluskoni prezident Buşu gözəl ideyalar və prinsiplər adamı adlandırıb, Amerika və Avropadakı mövcud iqtisadi böhranın həllində birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

XS
SM
MD
LG