Accessibility links

Litvada mühafizəkarlar qələbə çaldı


Litvada Bazar günü keçirilən seçkilərin nəticələri göstərir ki, müxalifətdə olan mühafizəkarlar parlament yerlərinin əksəriyyətini ələ alacaqlar. Nəticələrə əsasən sabiq baş nazir Anrius Kubilusun başçılıq etdiyi sağ mərkəzçi Vətən İttifaqı partiyası səslərin 18 faizini toplayıb. Televiziya ulduzu Arunas Valinsikasın lideri olduğu partiya gözlənilmədən 15 faiz səs alıb. Litvanı hazırda sol mərkəzçi koalisiya idarə edir. Baş nazir Gedimkinas Kirkilasın təsmil etdiyi Sosial Demokratlar partiyası seçkilərdə məğlub olublar.
XS
SM
MD
LG