Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında hökumətlər sağlamlıq və
həyatların ixlası naminə səhiyyə və beynəlxalq sığırta sisteminin
inkişafına çağırır. Alma-Atı konfransının 30-cu ildönümü münasibəti ilə
açıqlanan hesabatda səhiyyə xidmətinin beynəlxalq siyasətin əsasını
təşkil etdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına
görə, son 30 il ərzində ümumdünya səhiyyə sistemində pozitiv
göstəricilər qeydə alınıb. 1978-ci ildə müalicə oluna bilinən
xəstəliklərdən 16 milyon uşaq ölürdüsə, bu gün bu göstərici 9 milyona
enib. Hesabatda bildirilir ki, ilkin səhiyyə xidməti xroniki
xəstəliklər riski ilə mübarizənin ən yaxşı yoludur.