Accessibility links

ABŞ prezidentliyinə namizədlər son debatlarını keçirir


ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər-Barak Obama və Con Makkeyn bu gün axşam son debatlarını keçirir. Prezident seçkilərinə 3 həftə qalmış keçirilən bu debatlar zamanı Obamanı əsas ştatlarda irəliyə salan iqtisadi böhran və daxili məsələlər müzakirə ediləcək. Son rəy sorğularına görə, senator Obama 53, Makkeyn isə 39 faiz dəstəyə malikdir. Barak Obama və Con Makkeyn debatlar zamanı özlərini ölkəni böhrandan çıxara biləcək ən layiqli namizəd kimi göstərməyə çalışacaq.

XS
SM
MD
LG