Accessibility links

ABŞ prezidentliyinə namizədlərin son debatı keçirildi


ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər-Barak Obama və Con Makkeyn dünən axşam son debatlarını keçirib. Nazmizədlər biri-birini kampaniyalarının taktikasına görə kəskin tənqid edib. Nyu-Yokrda təşkil edilən 90 dəqiqəlik debatlar zamanı respublikaçı namizəd Makkeyn sərt mövqedən çıxış edərək, rəy sorğularında qeydə alınan geriliyini silməyə çalışıb. Prezident seçkilərinə 3 həftə qalmış keçirilən bu debatlar zamanı Obama Makkeyni mühüm məsələlərdə prezident Buşa dəstək verdiyində ittiham edib. O deyib ki, Amerikanın son 8 ilin uğursuz siyasəti deyil, Makkeynin edə bilməyəcəyi dəyişikliyə ehtiyacı var. Respubklikaçı senator Makkeyn isə Arizona senatorunu zəngin amerikalıların vergilərinin qaldırılması planını “siniflərarası müharibə” adlandırıb. Əsasən iqtisadi böhran və daxili məsələlər müzakirə edilən bu debatlar zamanı Makkeyn Obamaya onun prezident Buş olmadığını deyib. Namizədlər kampaniyalarının neqativ tonuna görə də biri-birini tənqid edib. Obama Makkeynin reklamlarının 100 faizinin neqativ olduğunu, Makkeyn isə Obamanın neqativ reklamlara hədsiz dərəcədə vəsait xərclədiyini bildirib.

XS
SM
MD
LG