Accessibility links

Brüssel sammiti  işini başa çatdırır


Avropa İttifaqının Brüssel sammiti qlobal iqtisadi böhran və digər siyasi məsələlərin müzakirəsi ilə işini başa çatdırıb. Liderlər maliyyə böhranının həlli məqsədi ilə təcili şəkildə təzminatlarla bağlı qərarların qəbuluna çağırıb. Böyük Səkkizlər noyabr ayında Nyu-Yorkda sammit təşkil etməli, gələcək problemlərə yol verilməməsi yolarını müəyyən etməyə çalışacaq. Fransa prezidenti Nikola Sarkozi Avropa İttifaqının Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təsisatalarının yenidən təşkilini dəstəklədiyini deyib. Britaniyanın baş naziri Gordon Braun Böyük Səkkizlərin sammitinin BMT və Bretton Woods konfransı kimi beynəlxalq və maliyyə təsisatlarının təşkilinə çağırıb. Almaniya kansleri Angela Merkel bildirib ki, hazırki durum kimi vəziyyətlərə yol verilməməsi üçün islahatlara ehtiyac durulur. Avropa İttifaqının liderləri istixanə qazlarının 2020-ci ilədək 20 faiz azaldılması ilə bağlı razılıq əldə ediblər.

XS
SM
MD
LG