Asiya və Avropanın əsas səhm birjalarında yenidən kəskin şəkildə dəyər itirilməsi qeydə alınıb. Avropanın j London, Frankfurt və Fransa kimi marketlərində alqı-satqı beş faiz aşağı olub. Tokionun Nikkey marketi isə son 20 ildə ən böyük itkiyə məruz qalaraq, 11 faiz dəyər itirlməsi ilə işini başa çatdırıb. Hong Konqun Hang Seng indeksi isə 5 faiz dəyər itirib. ABŞ-ın Wall Street birjasında alqı-satqı aşağı göstəricilərlə həyata keçirilib. Dow Jones 700 xal itirib. Amerikanın Ticarət Nazirliyi iqtisadi artımın əsasını təşkil edən pərakəndə satış sahəsində 1.2 faiz azalma müşahidə edildiyini bildirir. Bu isə son 3 ildə ən aşağı göstəricidir.