Accessibility links

Türkiyənin hərbi vertolyotu qəzaya uğrayıb


Türkiyə hərbçilərinin bildirdiyinə görə, İraqın cənub-şərqində İranla sərhəd yaxınlığında baş vermiş toqquşma nəticəsində 5 türk əsgəri və bir o qədər də kürq yaraqlısı öldürülüb. Türkiyə hərbçilərinin bugünkü bəyanatında deyilir ki, daha bir əsgər Hakkari vilayəti yaxınlığındakı döyüşdə vertolyotun qəzaya uğraması nəticəzində ölüb, digər 15 nəfər də yaralanıb. PKK kürd yaraqlıları vertolyotları atəşə tutduqlarını bildiriblər. Türkiyə hərbçiləri isə vertolyotun məhz qəzaya uğradığını bildiriblər, belə ki onların açıqlamasına görə, bu texniki səbəblərdən baş verib.

XS
SM
MD
LG