Accessibility links

Bağdadın şiə məhəlləsində partlayış olub


İraq polisinin bildirdiyinə görə, Bağdadda məscid yaxınlığında yerləşdirilən bombanın partlaması nəticəsində bir mülki vətəndaş həlak olub, digər 4 nəfər isə yaralanıb. Rəsmilər ehtimal edir ki, daha çox şiələrin yaşadığı paytaxtın şimal məhəlləsində baş verən hücum cümə namazından sonra məscidi tərk edən insanları hədəf alıb. Partlayış Pentaqonun İraq və ABŞ arasında Amerika qüvvələrini İraqda saxlanması barədə razılıq əldə etməsini təsdiqləməsindən bir gün sonra baş verib. BMT mandatı bu il dekabrın 31-də bitirdi. Pentaqon sözçüsü Ceff Morrel dünən bunun son sənəd olmadığını və bu layihənin hər iki ölkədə siyasi proses mövzusu olduğunu deyib.

XS
SM
MD
LG