Accessibility links

ABŞ rəsmisi Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırıb


ABŞ-ın yüksək vəzifəli rəsmisi Ermənistan və Azərbaycanı aralarındakı Dağlıq Qarabağ münaqişəsinin həll etməyə çağırıb. Dövlət katibinin müavini Daniel Frid münaqişəni oktyabrın 17-si Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlar zamanı müzakirə edib. Frid deyib ki, Gürcüstan və Rusiya arasındakı son müharibə regionda həll olunmamış münaqişələrin səbəb olduğu təhlükəni göstərir. Dövlət katibinin müavini deyib ki, Azərbaycanın separatçı Dağlıq Qarabağ regionu ətrafındakı danışıqlar Minsk qrupunun vasitəçiliyi ilə davam etməlidir.
XS
SM
MD
LG