Accessibility links

ABŞ-da seçki kampaniyası son mərhələyə daxil olur


ABŞ prezidentliyinə namizədlər bu gün əsas döyüş meydanları hesab olunana ştatlarda siyasi kampaniyaları davam etdirirlər. Respublikaçı namizəd Con Makkeyn Floridada, Demokrat namizəd Barak Obama isə Virciniya və Mizuri ştatlarında nümayişlər keçirir. Son rəy sorğuları göstərir ki, Barak Obama Arizona Senatoru Con Makkeyndən irəlidə gedir. Bu arada federal təhqiqatçılar seçicilərin qeydiyyata alınmasında saxtakarlıq aksiyalarında şübhəli bilinən icma təşkilatçı qrupu üzərində araşdırmaya başlayıb. Federal Təhqiqatrlar Bürosu ACORN adlanan qrupun Amerika boyu yanlış registrasiya sənədlərini nəzərdən keçirəcək. Con Makkeyn Demokrat namizədi həmin qrupla təmaslarına görə tənqid edib.
XS
SM
MD
LG