ABŞ
prezidenti Corc Buş deyir ki, hökumət hazırkı maliyyə böhranını həll etmək üçün
sistematik və aqressiv tədbirlər görür.
O, bu ölçüləri “qəti addım” kimi dəyərləndirmiş, eyni zamanda onların
işə düşməsinin vaxt aparacağnı söyləmişdir.
Cənab Buş deyib ki, Vaşinqton başqa millətlərlə birgə hərəkət edir və
məsləhətləşmələr aparır. Bu arada
Almaniya parlamenti ölkənin maliyyə sektoru üçün nəzərdə tutulmuş 600 milyard
dollarlıq yardım paketini təsdiq edib. Həmin
bu paket təlatümlü birjaları sabitləşdirmək üçün Avropaların göstərdiyi ümumi
səylərin tərkib hissəsidir. Habelə bu
gün Avropada səhm indeksləri təqribən 2% qalxıb. Tokyonun Nikkey səhm bazarı 2.5% artmış, Honq Konqun Hanq
Senq indeksi isə 4.5% enmişdir.