Accessibility links

İran gənclərin edamını ləğv edib


İnsan haqları qrupları İranın gənclərin ölüm hökmünə məhkum olunmasına son qoyulacağı barədə qərarını alqışlayıb. “Human Rights Watch” və “Amnesty International” habelə İran hökumətini qərarın tətbiqinin təmin olunmasına çağırıb. Iran baş prokurorunun Ədliyyə məsələləri üzrə müşaviri Hüseyn Zabhi deyib ki, ölkənin bütün məhkəmələri hazırda haqqında ölüm hökmü çıxarılan gənclərin edam olunmaması barədə təlimatlandırılıb. Onlar etdiyi əməllərdən asılı olaraq 15 ildən ömürlük həbs aralarında cəzalandırılacaq. “Human Rights Watch” bildirir ki, oxşar direktiv 2004-cü ildə də açıqlanmışdı, ancaq bu günə kimi gənclər hələ də edam olunub.

XS
SM
MD
LG