Accessibility links

ABŞ Konqresinin kitabxanasında Rostropoviç gecəsi keçirilib


Birləşmiş Ştatlar Konqresinin kibaxanasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi və "Firebird" incəsənət assosiasiyasının təşəbbüsüilə keçirilən Rostropoviç gecəsi dahi violençel ustasının xatirəsinə Vaşinqtonda hazırlanmış tədbirlərin sonuncusu idi.

Dünyanın ən mötəbər bilik ocaqlarından biri olan Konqres kitabxanasında Rostropoviç haqda sərgi ilə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın görkəmli musiqiçi haqda yazdığı kitabın prezentasiyası oldu.

Slava Rostroviçin Azərbaycan və Bakı ilə bağlılığı mövzusu onun dünya mədəniyyətinə verdiyi töhfələri tərənnüm edən bu tədbirin ana xəttini təşkil edirdi.

"Firebird" incəsənət assosiasiyasının prezidenti Kseniya Voyevodski artıq illərdir Amerika Birləşmiş Ştatlarında Rostropoviçin irsinin tərənnüm edilməsilə məşquldur. O deyir ki, Mstislav Rostropoviçin həyatında Bakı çox böyük rol oynayıb. "Budur ki, indi onun qızları Olqa və Yelena üçün də Bakı əziz bir yerdir, çünki bu, onların ataları üçün çox əziz idi."

Rostropoviçi çox yaxından tanıyan, birlikdə onunla Aleksandr Soljenitsını ziyarət edən Vaşinqtondakı Rus pravoslav kilsəsinin keşişi Viktor Potapov maestronun son gününə qədər yanından çəkilməyib. O deyir ki, Rostropoviç dostları ilə söhbətlərində həmişə Bakını xatırlayıb uşaqlıq illəri, Azərbaycana bağlılığından danışırdı. "O tez-tez Bakını yada salır, xatırlayırdı. M ən onun dəfn mərasimində də azərbacycanlı dostların onu son mənzilə yola salmağa gəldyini gördüm."-deyə Viktor Potapov bizə bildirdi.

Mstislav Rostropoviçin qızı Olqa Rostropoviç atasının dünya insanı olduğunu bildirdi. "Atam haqda danışanda Azərbaycanı və paytaxt Bakını qeyd etməmək mümkün deyil. O bu şəhərdə anadan olub, ömrünün ilk xoşbəxt çağlarını burada keçirib"-deyə Olqa Rostropoviç bildirdi. O, Rostropoviçin həyatının son günləri azərbaycanlı dostlarının əhatəsində olduğunu deyərək, bu həqiqi dostlar sırasında Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanı xüsusi qeyd etdi.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Yaşar Əliyev mayestro Rostroviçin yüksək humanist insan malik olduğunu deyərək, onun və onun xanımı Qalina Vişnevskanın azad yaşamaq istəyənn insanlar üçün cəsarət nümunəsi olduğunu dedi. Yaşar Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müəllifi olduğu Rostropoviç haqda yeni kitabı ABŞ Konqresinin kitabxanasına təqdim etdi. "YUNESKO-nun xoşməramlı səfiri kimi Mayestro Rostropoviç və xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət və musiqinin tərənnüm edilib qorunması üçün birgə layihələr üzərində işləyiblər,"-deyə səfir bildirdi. Yaşar Əliyev kitabda Rostropoviçin həyat və anadan olduğu şəhərə bağlılığı, Bakının ona, dahi musqiçinin də Bakıya verdiyi töhfələrə yer ayrıldığını söylədi.

Gecənin sonunda Mstislav Rostropoviç haqqında CBS tele-şirkətinin 1991-ci ildə çəkdiyi film nümayiş etdirildi. "Musiqinin əsgərləri: Rostropoviçin Rusiyaya qayıtması" adlı film Amerikada ən yaxşı tele filmlərə verilən Emmi mükafatına layiq görülmüşdür.

XS
SM
MD
LG