ABŞ prezidenti Corc Buş bu gün fransız həmkarı Nikola Sarkozi və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə görüş keçirib, qlobal iqtisadi böhran məsələsini müzakirə edib. Avropa liderlərinin bildirdiyinə görə, görüş zamanı maliyyə sistemi nəzərdən keçirilib. Bundan əlavə Böyük Səkkizlərin növbədənkənar iqtisadi sammiti də müzakirə mövzusu olub. Ağ Evin sözçüsü Dana Perinonun bildirdiyinə görə, sammitin tarixi hələ bəlli deyil və bugünkü görüş zamanı tarix müəyyən ediləcəyi gözlənilmir. Dünən prezident Buş maliyyə böhranının həlli məqsədi ilə ciddi ölçülər götürüləcəyini və bu səylərin bir qədər vaxt aparacağını bildirmişdi.